TOYUQ
1. Yumurta, tük və ət almaq üçün saxlanan ev quşu. Ətlik toyuq. Toyuq hini.
// Həmin quşun əti. Toyuq bişirmək.
// Sif. mənasında. Həmin ətdən bişirilmiş, hazırlanmış. Toyuq kababı. Toyuq şorbası.
2. zool. Toyuqkimilər dəstəsindən olan quşların dişisi. Qırqovul toyuğu.
◊ Toyuq bir qıçlıdır (ki, bir qıçlı) – dediyi söz səhv də olsa, onun üstündə duran, dediyindən əl çəkməyən, inadkar, tərs adam haqqında. [Qara Kərəmoğlu:] Kərim bəy tərsin biri idi.
Toyuq kimi büzüşmək – soyuqdan, ya qızdırmadan büzüşmək.
Toyuq kimi (təki) hinə girmək – axşam tezdən evə girib qapı-pəncərəni bağlamaq, evdə oturmaq və ya yatmaq.
Toyuq ölsə bir çəngə tükdür, dəvə ölsə dərisi bir yükdür – kiçik şeylə böyük şeyi müqayisə məqamında işlədilir.
Toyuq tara çıxanda (çıxan vaxt) – hava qaralan vaxt, al qaranlıq olanda, axşam.
Toyuq tardan düşəndə (düşən vaxt) – hava işıqlaşanda, alaqaranlıqdan, səhər tezdən.
Bişmiş toyuğun gülməyi gəlir (tutur) – mənasız, cəfəng şey və ya söz haqqında.
TOYUQ nədir? – TOYUQ nedir? – TOYUQ sözünün mənası – TOYUQ sozunun menasi – TOYUQ nə deməkdir? – TOYUQ ne demekdir? – TOYUQ sözünün izahı – TOYUQ sozunun izahi – TOYUQ sözünün istifadəsi – TOYUQ sozunun istifadesi