is. Evlənmə mərasimi, habelə həmin mərasimlə əlaqədar olaraq düzəldilən şənlik, şadlıq məclisi.
Bir yığıncaq gördüm, dedim; Bəlkə toydur, qızlar oynayır? Ə.Cavad.
Min ölüm xəbəri ürəkdə yandı; Nə bir toya getdik, nə də şadlığa. S.Vurğun.
□ Toy eləmək (etmək, qurmaq, vurdurmaq, çaldırmaq, tutmaq və s.) – evlənmə münasibətilə şənlik məclisi düzəltmək.
Qızılgül butam, layla! Ətrinə batam, layla! Balam ərsəyə gələ; Toyunu tutam, layla! (Bayatı).
Çoban anar səni, tütəyi sızlar; Ellər toy eləməz, yolunu gözlər. Ə.Cavad.
Tiqran yenicə evlənmişdi.
O, kasıb da olsa, toy çaldıranda var-yoxunu əsirgəməmişdi. M.Hüseyn.
[Pərşan:] Hə, hə, ay nənə, Qaraş qağama bir yaxşı toy quraq! M.İbrahimov.
[Yusif] qaradonlu Gülbənizi instruktor Məsimə verdi.
[Onlar] bir cahcalal açdılar, bir toy vurdular ki, bütün rayon tökülüb gəldi. İ.Hüseynov.
◊ Toy tutmaq məc. – divan tutmaq, bərk cəzalandırmaq.
[Sənəm:] And olsun Allaha, sənə bir toy tutaram, özünü itirərsən. Ə.Haqverdiyev.
Sevinc ilə o baxırdı döşündəki nişana; Toy tuturdu yağılara ürəyində qəzəb, kin. N.Xəzri.
Toydan sonra nağara – vaxtı keçəndən sonra görülən faydasız bir iş haqqında.
Toydan sonra nağara, – deyə Aslan qımışdı. Ə.Məmmədxanlı.
[Sənubər:] Kənd camaatı demişkən, toydan sonra nağara? B.Bayramov.