TOXMAQ

is.
1. Ağacdan yonulmuş iribaşlı çəkic, çox yoğun taxta çəkic.

Çadır mıxlarına vurulan toxmaqların səsi Culfa dağlarını və Ələncik qalasını titrədirdi. M.S.Ordubadi.

2. Dəyənək, çomaq, kötək. Çoban toxmağı.

– Divanəmisən? Yaxud da axmaq; Get, yoxsa yeyərsən əlli toxmaq. Xətayi.

3. Keçmişdə qapını döymək üçün qapılara asılan çəkicəoxşar alət.

Həmzə ilə işi olan muzdur darvazanın dəmir toxmağını döyəndə Əminə darvazanı açardı. Ə.Əbülhəsən.

4. Paltarı suyun içində döyəcləyib təmizləmək və ya başqa məqsədlər üçün istifadə edilən bir başı qalın və yastı ağac parçası.
◊ Nə tüfəngə çaxmaq(dır), nə sünbəyə toxmaq; nə tüfəngin çaxmağıdır, nə sünbənin toxmağı – əlindən heç bir iş gəlməyən, heç bir işə yaramayan adam haqqında. Nə tüfəngə çaxmaq, nə sünbəyə toxmaq. ( Ata. sözü ).

Bir tanış var, kəsilməyir yanımızdan ayağı; Nə tüfəngin çaxmağıdır, nə sünbənin toxmağı. S.Vurğun.

 

 

TOXMAQ nədir? – TOXMAQ nedir? – TOXMAQ sözünün mənası – TOXMAQ sozunun menasi – TOXMAQ nə deməkdir? – TOXMAQ ne demekdir? – TOXMAQ sözünün izahı – TOXMAQ sozunun izahi – TOXMAQ sözünün istifadəsi – TOXMAQ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.