TOX

sif.
1. Aclıq hiss etməyən, yeməyə ehtiyacı olmayan, yeyib doymuş (ac ziddi). Tox adam.

– Təranə deyir: – Toxam; Yemək istəmirəm mən. R.Rza.

□ Tox olmaq – yeyib doymaq, daha yemək istəməmək, ac olmamaq.

Tox oldu, ac qarınlar cümlə doldu. S.Ə.Şirvani.

// İs. mənasında.

Toxun acdan nə xəbəri. (Məsəl).

2. Bəslənmiş, yedirdilmiş, bəslənib kökəldilmiş, yeyib doymuş.

Tox inəklər quyruqlarını bulaya-bulaya tənbəl-tənbəl yeriyirdilər. İ.Hüseynov.

3. məc. Firavan yaşayan, dövlətli, varlı. Tox adam. Tox (z.) yaşamaq.
// məc. Özündənrazı, lovğa, harın.

Rüxsarə xanım Kərbəlayı Səfdərin tox və harın sifətini görüb bir söz demədi, ətrafına göz gəzdirdi. T.Ş.Simurq.

4. məc. Təngə gəlmiş, çiyrənmiş, doymuş.

“Sözdən, məhəbbətdən toxam” – dedin; İndi də sən məndən həyat istədin. B.Vahabzadə.

◊ Gözü tox olmaq – bax göz.
Özünü tox tutmaq (saxlamaq) – özünü saxlamaq, özünü sındırmamaq.

 

 

TOX nədir? – TOX nedir? – TOX sözünün mənası – TOX sozunun menasi – TOX nə deməkdir? – TOX ne demekdir? – TOX sözünün izahı – TOX sozunun izahi – TOX sözünün istifadəsi – TOX sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.