TÖVBƏ

is. [ ər. ] Etdiyi pis əməldən peşman olub bu işi daha etməyəcəyinə söz vermə, əhd etmə.

[Camaat:] [Hacının] tövbəsi bizə lazım deyil. Ə.Haqverdiyev.

// Bəzən nida məqamında işlənir.

[Tarverdi:] Vay aman, qələt elərəm, quldurluğa dəxi çıxmanam, heç kimi soymanam, tövbə, tövbə! M.F.Axundzadə.

// din. Günah və qəbahətlərindən əl çəkib, Allaha üz tutaraq bir daha etməyəcəyinə söz vermə.

[Xanım] …qarşısında sönük işıq yanan İsanın təsvirinə yanaşdı, dizi üstə düşüb tövbəyə başladı. Çəmənzəminli.

□ Tövbə etmək (qılmaq)1) din. günahlarından peşman olub, bir daha onları təkrar etməyəcəyinə söz vermək, and içmək:
2) təqsirlərini boynuna alıb, daha təkrar etməyəcəyinə söz vermək, and içmək. Ənvər yalvarıb-yaxardı. Müşkünazın qarşısında diz çöküb dil çıxartdı.

Tövbə eləyib üzr istədi. Ə.Vəliyev.
[Ehtişami Azərə:] Son dəfə təklif edirəm, tövbə et, Azər, tövbə etsən, boş vəzir özü bura gəlib, günahından keçəcək! Ə.Məmmədxanlı;

3) tərgitmək, əl çəkmək.

Mən qumarı tövbə etmişəm. S.S.Axundov.

 

 

TÖVBƏ nədir? – TÖVBƏ nedir? – TÖVBƏ sözünün mənası – TÖVBƏ sozunun menasi – TÖVBƏ nə deməkdir? – TÖVBƏ ne demekdir? – TÖVBƏ sözünün izahı – TÖVBƏ sozunun izahi – TÖVBƏ sözünün istifadəsi – TÖVBƏ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.