TORPAQ
1. Planetimizin bitki aləminin inkişaf etdiyi üst qatı. Yer qabığının istilik, rütubət, hava və orqanizmlərin fəaliyyəti təsiri altında dəyişmiş üst qatı torpaq adlanır. “Ümumi fiziki coğrafiya”.
// Yer qabığının tərkibinə daxil olan yumşaq, dənəvər, tündqonur rəngli maddə. Qumlu torpaq. Torpaq yığını. Meşə torpağı. Torpağın məhsuldarlığını artırmaq.
// Torpaqdan olan, torpaqdan düzəldilmiş və ya tikilmiş, döşəməsi quru torpaqdan ibarət olan. Torpaq yol.
2. Birinin ixtiyarında, istifadəsində olan yer, ərazi, sahə. Mülkədar torpaqları.
3. Yer (göy qarşılığı).
4. Toz-torpaq.
5. Dövlət, məmləkət, ölkə.
6. məc. Vətən, yurd, el.
◊ Torpağa düşmək köhn. – qabağında diz çökmək, ayağına yıxılmaq.
[Gültəkin:] Dövlət bəy, aciz bir qadın kimi diz üstündə torpağa düşüb sizə yalvarıram.
Torpağa getmək – ölmək, vəfat etmək.
Torpağa (qara torpaqlara) tapşırmaq (gömmək) – bax torpağa təslim etmək.
Torpağa təslim etmək tənt. – basdırmaq, dəfn etmək.
Torpağı qədər (sanı) yaşasın (yaşayasan) – ölü haqqında danışarkən qarşısındakı adama uzun ömür arzulamaq mənasında işlənir.
TORPAQ nədir? – TORPAQ nedir? – TORPAQ sözünün mənası – TORPAQ sozunun menasi – TORPAQ nə deməkdir? – TORPAQ ne demekdir? – TORPAQ sözünün izahı – TORPAQ sozunun izahi – TORPAQ sözünün istifadəsi – TORPAQ sozunun istifadesi