TOR

is.
1. Balıq, quş və s. tutmaq üçün ipdən çarpaz toxunaraq bərabər məsafələrdə düyünlə bərkidilmiş alət. Balıq toru.

– Sahibi tor götürüb dənizə gedəndə [Çupçik] də sümsünə-sümsünə yortardı. Mir Cəlal.
Mən yaralı göyərçini tordan çıxarıb [Eldara] uzatdım. M.Rzaquluzadə.

2. Çarpaz toxunmuş ip, məftil və s. ibarət müxtəlif ləvazimat. Çarpayının toru. Futbol toru.
3. dan. İçinə ərzaq, xırda şey və s. qoyub aparmaq üçün ipdən və s.-dən toxunmuş zənbil, çanta, kisə. İpək tor. Şeyləri tora qoymaq.

[Göyərçini] diri saxlamaq niyyətilə üsulluca tor çantaya salıb Eldarın yanına qayıtdım. M.Rzaquluzadə.

4. Seyrək toxunmuş köynək, baş yaylığı, pərdə və s.

Sona da indi dönüb bayaqkı yerində dayanmış, başından siyrilib çiyninə düşən ağ torunun ipək saçaqları ilə oynayırdı. Ə.Əbülhəsən.

// Tordan hazırlanmış, tor şəklində olan. Tor köynək. Tor layka.

– Pəncərələrdən tor pərdələr sallanırdı. S.Rəhimov.

5. Hörümçəyin ifraz etdiyi yapışqanlı şirədən əmələ gələn çarpaşıq nazik tellər. Hörümçək toru.
6. məc. Hiylə, kələk, tədbir, qurğu.
◊ Tor gənəciyi zool. – bax çor. Tor gənəciyi, pambıq mənənəsi, pambıq qurdu tarlaların məhsuldarlığını xeyli aşağı salır.
Tor qurmaq1) quş, balıq və s. tutmaq üçün tor quraşdırmaq və ya suya salmaq. Ovçu bərədə durub; Bərə üstə tor qurub. (Bayatı);
2) məc. hiylə qurmaq, qurğu qurmaq, kələk düzəltmək.

[Əbdül:] İndi [Gülnisə] istəyir ki, yazıq Sara üçün tor qurub, öz qızı Pərini Bəhrama versin. C.Cabbarlı.

Tora düşmək – aldanaraq pis işə qoşulmaq, kələyə düşmək, hiyləyə uymaq, tələyə düşmək.

Son zaman Rüstəm kişi oğlunun tora düşməsindən, pis bir günah işləməsindən qorxurdu. M.İbrahimov.
Amma Göyçək bir gün tora düşəcəyindən qorxurdu. Ə.Əbülhəsən.

Tora salmaq – hiylə gəlmək, kələk gəlmək, tələyə salmaq.

[Tehrani Ehtişamiyə:] Bəlkə sən məni tora salmaq istəyirsən, Sərhəng? Ə.Məmmədxanlı.

 

 

TOR nədir? – TOR nedir? – TOR sözünün mənası – TOR sozunun menasi – TOR nə deməkdir? – TOR ne demekdir? – TOR sözünün izahı – TOR sozunun izahi – TOR sözünün istifadəsi – TOR sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.