TOPA

sif.is.
1. Qalaq, yığın. Torpaq topası.

– Dəyədən bir az aralıda, topa şeylərin arasında Rüxsarə bükülüb uzanmışdı. S.Rəhimov.
[Hatəm] …xırman topasının qabağında oturmuşdu. Ə.Əbülhəsən.

2. Bir yerə toplaşmış, bir yerə yığılmış adamlar; dəstə, yığın.

Başqa bir topa uşaq da Xəzər sahilindən … söhbət açıb keçirdiyi günlərdən qızğın danışırdı. S.Rəhimov.
…Sahibkarlar və dükançılar dayanan topadan kimsə bərkdən səsləndi. Ə.Əbülhəsən.

// Eyni mənada heyvanlar haqqında.

Tapdıq papağını çıxarıb, kəpənək topasının üstünə atdı. Ə.Vəliyev.

3. Sıx, qalın (seyrək ziddi).

Qalın topa birçəkləri öz qanilə boyanmış; Bağlarının kənarı da qan laxtası dayanmış. A.Səhhət.
Vəli kişi topa saqqalını sığallayıb, qəti və bir az da acıqlı etiraz etdi. M.İbrahimov.

 

 

TOPA nədir? – TOPA nedir? – TOPA sözünün mənası – TOPA sozunun menasi – TOPA nə deməkdir? – TOPA ne demekdir? – TOPA sözünün izahı – TOPA sozunun izahi – TOPA sözünün istifadəsi – TOPA sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.