TOP

is.
1. Nazik taxtaya sarınmış və ya lülə şəklində parça, arşınmalı. 3 top ağ.

[Əsgər bəy:] Mən ki bilirəm, [Hacı Qara], Ağcabədidə üç aydır üç top çit, qədək satmayıbsan, dərya zərərin vardır. M.F.Axundzadə.
[Mirzədadaş:] O mahud topunu bəri ver, görüm necə şeydir… N.Vəzirov.

// Girdə saralmış kağız, divar kağızı və s. Bir top kağız.
2. Eynicinsli və ya əlaqədar şeylərin toplusu, komplekti. Bir top iynə.
3. Təkərdə dəndələrin və ya dəyirman pərlərinin bənd edildiyi hissə.
4. Top halında yığılıb bağlanmış şeylər. Topları maşına yükləmək.

– Çamadanın içində ən əvvəlcə bir neçə top ağ köynək və zircamə və bir neçə dənə ağ dəsmal vardı. S.M.Qənizadə.

// sif. Toplu, toplanmış, cəm.

[Xan:] İlyas, – dedi, – ə, ağlın başında heç topdurmu? S.Rəhimov.

◊ Top etmək (eləmək) – bax toplamaq.

[Xan:] Əşi, ağlını başına top elə! S.Rəhimov.

 

 

TOP nədir? – TOP nedir? – TOP sözünün mənası – TOP sozunun menasi – TOP nə deməkdir? – TOP ne demekdir? – TOP sözünün izahı – TOP sozunun izahi – TOP sözünün istifadəsi – TOP sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.