TİLSİM

is. [ ər. ] Mövhumatçılara görə, sehrli qüvvəyə malik söz və s.; ovsun, sehr (ən çox nağıllarda işlənir).

İbrahim bir tilsim oxuyub, oldu tülkü, çıxıb kolun dibindən, yapışdı dəbrüşün boğazından, boğub öldürdü. (Nağıl).
Bir tilsim oxuyub, oğlan oldu həminki Qaraqaş, özü də yıxılıb yatdı. (Nağıl).

□ Tilsim etmək – bax tilsimləmək.
Tilsimə düşmək1) bax tilsimlənmək.

[Gülzar Bəhruza:] Düz deyirəm, oğul, sən bu evdə tilsimə düşmüsən. Ə.Məmmədxanlı.
Amma indi [Zəhra] elə bil tilsimə düşmüşdü. Y.Əzimzadə;

2) dan. çətinliyə düşmək, dolaşığa düşmək. İşi tilsimə düşmək.
Tilsimə salmaq – bax tilsimləmək.

[Dərviş] Qaraqaşı görən kimi nə ki tilsimlər vardı, oxudu ki, Qaraqaşı tilsimə salsın. (Nağıl).
[Telli arvad:] Baxıram bu sədr qızının gözlərinə, elə bilirəm, igidləri tilsimə salan sehr-cadudur. M.İbrahimov.

 

 

TİLSİM nədir? – TİLSİM nedir? – TİLSİM sözünün mənası – TİLSİM sozunun menasi – TİLSİM nə deməkdir? – TİLSİM ne demekdir? – TİLSİM sözünün izahı – TİLSİM sozunun izahi – TİLSİM sözünün istifadəsi – TİLSİM sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.