TİKAN

is.
1. Dəvətikanının, qızılgülün və bəzi başqa bitkilərin iynə kimi itiuclu hissəsi. Ayağına tikan batmaq. Nar ağacının tikanı.

– Evi süpürəndə süpürgənin tikanı… düşüb fərşin üstünə və batıb qonağın yumşaq yerinə. C.Məmmədquluzadə.

// Tikanlı kol, dəvətikanı.

Çəpərlərdən çıxan tikan kolları oynayaoynaya gəlib yol çuxurlarında bənd alır. Mir Cəlal.
Bu yerin on-on iki addımlığında iri bir tikan tayası var idi. M.Rzaquluzadə.

// Bir şeyin iti ucu, batan tərəfi. Məftilin tikanı.
2. Bəzi heyvanların bədənini örtən iynələrdən hər biri. Kirpinin tikanı.
3. bax tıx. Balığın tikanı.
◊ Tikan olub gözünə batmaq – görmək istəmədiyi, zəhləsi getdiyi bir şey, ya adam daima gözü qabağında olmaq.

[Ələmdar:] Ancaq düzü, bu Nikolay poqonları mənim gözümə tikan olub batır, bəy! S.Rəhimov.

Tikan üstündə oturan kimi – çox narahat halda, nigarançılıq içində, iztirab çəkə-çəkə.
Tikan üstündə oturmaq – çox narahat olmaq, nigarançılıq çəkmək, iztirab içində olmaq.
(Ürəyindən) tikan çıxarmaq – qisasını almaq, əvəzini çıxmaq, ürəyini soyutmaq.

[Şirəli:] Sağ ol, bala! Hamımızın ürəyindən tikan çıxartmısan. S.Rəhman.

 

 

TİKAN nədir? – TİKAN nedir? – TİKAN sözünün mənası – TİKAN sozunun menasi – TİKAN nə deməkdir? – TİKAN ne demekdir? – TİKAN sözünün izahı – TİKAN sozunun izahi – TİKAN sözünün istifadəsi – TİKAN sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.