TİKƏ

is.
1. Böyük bir şeydən sınmış, qopmuş, ayrılmış və ya kəsilmiş kiçik hissə, parça, qırıq.

[Rövşən] salam-əleykəssalamdan sonra daşın bir balaca tikəsini ustaya verib dedi… Koroğlu”.

// Yeyilən şeyin bir hissəsi. Pendir tikəsi.

[Musa kişi:] Arvad, sən allah, yadından çıxmasın, bu ətdən bir tikə də o Həsənəlinin yetimlərinə göndər, yazıqdırlar… M.İbrahimov.

// məc. Yaşamaq üçün vəsait; yeyəcək, yeyiləcək şeylər. Tikəsini dostu ilə bölmək. – Düşmənin tikəsindən dostun şilləsi yaxşıdır. ( Ata. sözü ).

İnsan gərək dayanıbdurmasın, yatıb vaxtını, gününü öldürməsin, çıxan tüstü, hazır tikə axtarmasın. S.Rəhimov.

2. “Bir” sözü ilə – bir tikə – 1) bir az, bir zərrə, bir qırıq, zərrə qədər, qətiyyən, əsla.

Bacardıqca vermə yer beynində artıq yükə; Mənə bax, ay qız, mənə, dərd çəkmirəm bir tikə. S.Rüstəm.
Havada bir tikə də bulud, duman və tüstü yox idi. M.İbrahimov;

2) balaca, kiçik, bambalaca. Bir tikə uşaq.
◊ Tikə boğazından getmək – həyəcandan, yorğunluqdan, hirsdən və s. hisslərdən dolayı heç nə yeyə bilməmək.
Haram tikə – bax haram.
Ürəyi bir tikə olmaq – bax ürək.
Yağlı tikə – bax yağlı 3-cü mənada.

 

 

TİKƏ nədir? – TİKƏ nedir? – TİKƏ sözünün mənası – TİKƏ sozunun menasi – TİKƏ nə deməkdir? – TİKƏ ne demekdir? – TİKƏ sözünün izahı – TİKƏ sozunun izahi – TİKƏ sözünün istifadəsi – TİKƏ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.