TANIŞ
1. Tanışlığı olan, əvvəllər görüşmüş, bir-birini tanıyan.
// is. Tanış adam.
□ Tanış etmək – 1) iki və ya bir neçə adamı birbirinə təqdim edərək aralarında tanışlıq yaratmaq.
2) bir şey haqqında məlumat verərək, danışaraq, göstərərək birində təsəvvür oyatmaq, məlum etmək. Döyüşçüləri vəziyyətlə tanış etmək.
Tanış olmaq – 1) birisi ilə və ya bir şeylə tanışlıq əldə etmək, bir-birini tanımaq, aralarında ülfət yaranmaq.
2) bir şey haqqında məlumat almaq, bilik əldə etmək, bələd olmaq. Klassik musiqi ilə tanış olmaq.
2. Qabaqlar təsadüf olunmuş; məlum, bələd.
◊ Tanış gəlmək – qabaqlar tanış olduğu halda yaxşı tanıya bilməmək, tanış kimi görünmək.
TANIŞ nədir? – TANIŞ nedir? – TANIŞ sözünün mənası – TANIŞ sozunun menasi – TANIŞ nə deməkdir? – TANIŞ ne demekdir? – TANIŞ sözünün izahı – TANIŞ sozunun izahi – TANIŞ sözünün istifadəsi – TANIŞ sozunun istifadesi