TANIMAQ
1. Bir adamı, şeyi və s. görərkən, keçmişdə onunla tanış olduğunu, tanışlığını xatırlamaq. Cəbhə dostunu tanımaq. Keçmiş sinif yoldaşını tanımaq.
// Tanış olmaq, tanışlığı olmaq. [Yaqut:] Onu tanıyıram.
// Bilmək, başqalarından fərqləndirmək, kim olduğunu seçmək. Sizi birdən-birə tanımadım. Bu adamı tanımadın? Yerişindən tanımaq.
// Ayırd edə bilmək, fərqləndirə bilmək, seçmək. Dostla düşməni tanımaq.
2. Bir adam və onun bütün xüsusiyyətləri haqqında aydın təsəvvürü olmaq, onu yaxşı bilmək. Mən onu tanıyıram, o belə iş görməz. Sən hələ onu yaxşı tanımırsan.
3. İtaət etmək, tabe olmaq. Kiçik böyüyü tanımayanda iş görmək çətindir.
4. Saymaq, əhəmiyyət vermək, hesablaşmaq. [İbrahim xan Məmməd bəyə:] …Kəlbəli qudurub, məni tanımaq istəmir.
5. dipl. Yeni dövləti rəsmi dövlət kimi qəbul edib, onunla diplomatik əlaqə yaratmaq. Afrikada yaranmış yeni dövlətləri tanımaq.
TANIMAQ nədir? – TANIMAQ nedir? – TANIMAQ sözünün mənası – TANIMAQ sozunun menasi – TANIMAQ nə deməkdir? – TANIMAQ ne demekdir? – TANIMAQ sözünün izahı – TANIMAQ sozunun izahi – TANIMAQ sözünün istifadəsi – TANIMAQ sozunun istifadesi