TALE
1. Bəxt, qismət.
2. Müqəddərat, gələcək, iqbal.
◊ Tale ulduzu – bax bəxt ulduzu (“bəxt”də).
Tale (taleyi) üz çevirmək – uğursuzluğa uğramaq, işi bəd gətirmək, həyatında çətin və ağır dövr başlanmaq.
Taleyi gətirmək (açılmaq) – bəxti gətirmək. [Əhməd:] Qardaş, hər nə deyirsən de, bu almada bizim bəxtimiz var.
Taleyi gülmək (gülümsəmək, üzünə gülmək) – bəxti gətirmək, işi düz gətirmək.
Taleyindən (taleyə) küsmək – öz bəxtindən küsmək, təqsir özündə olmaq.
Taleyini… bağlamaq – gələcəyini, müqəddəratını birinə, ya bir şeyə, hadisəyə bağlamaq, özünü bir şeyə həsr etmək.
Taleyini kor qoymaq – təqsir özündə olmaq, öz təqsiri üzündən müvəffəqiyyətsizliyə uğramaq.
TALE nədir? – TALE nedir? – TALE sözünün mənası – TALE sozunun menasi – TALE nə deməkdir? – TALE ne demekdir? – TALE sözünün izahı – TALE sozunun izahi – TALE sözünün istifadəsi – TALE sozunun istifadesi