TƏŞVİŞ

is. [ ər. ]
1. Bir-birinə əks hisslərin mübarizəsindən doğan narahatlıq; təlaş, həyəcan.

[Bayram:] Ancaq elə ondan ötrü təşvişdəyəm, ağa, … bir sevgilim var. M.F.Axundzadə.
Ovçu təşviş içərisində gənc həkimə baxdı. H.Seyidbəyli.

□ Təşviş etmək (keçirmək), təşvişə düşmək – narahat olmaq, təlaşa düşmək, həyəcanlanmaq.

[Almaz:] Ay ana, sən elə nahaq yerə belə təşvişə düşürsən. C.Cabbarlı.
Mənzil alanların bu qədər təşviş keçirmələrinin əsas iki səbəbi vardı… B.Bayramov.

Təşvişə salmaq – narahat etmək, təlaşa salmaq, həyəcanlandırmaq.

Getmişdi on günə, çıxdı on beşə; Neçin saldı məni belə təşvişə? Ə.Cavad.

2. Təşvişlə şəklində zərf – narahatlıqla, həyəcanla, təlaşla.

Yoxsullar soyuq və sərt Bakı qışını təşvişlə qarşılayırdılar. A.Şaiq.
Seymur əlini [Teymurun] sağ əlinə toxundurub təşvişlə soruşdu… H.Seyidbəyli.

 

 

TƏŞVİŞ nədir? – TƏŞVİŞ nedir? – TƏŞVİŞ sözünün mənası – TƏŞVİŞ sozunun menasi – TƏŞVİŞ nə deməkdir? – TƏŞVİŞ ne demekdir? – TƏŞVİŞ sözünün izahı – TƏŞVİŞ sozunun izahi – TƏŞVİŞ sözünün istifadəsi – TƏŞVİŞ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.