TƏSLİM

is. [ ər. ]
1. Bir şeyi lazımi yerinə və ya şəxsə vermə, tapşırma.
□ Təslim etmək – lazımi yerinə və ya şəxsə vermək.

[Zeynalın] əlindəki kitabları tərcümə edib təslim etməyincə yeni kitab götürməyə də imkanı yoxdu. S.Hüseyn.
[İnsan] axırda bütün ömrü boyu qazandıqlarını təslim etməli, qoyub getməli olur. Mir Cəlal.

2. Müharibədə, mübarizədə öz məğlubiyyətini etiraf edərək müqaviməti dayandırma.
□ Təslim olmaq – müqavimətdən ümidini kəsərək hərbi əməliyyatı dayandırmaq, düşmənin irəli sürdüyü şərtlər əsasında ona tabe olmaq, silahı yerə qoymaq. Düşmən ordusu təslim oldu. Qaçaqlar təslim oldular.

– Lakin Qara Məlik təslim olmadı. M.S.Ordubadi.
Yolunu kəssə də ölüm anbaan; Təslim olmayacaq bizim qəhrəman. M.Rahim;

// mübahisədə, yarışda, güləşdə və s.-də müqavimətini dayandırmaq.
3. Güzəştə getmək, razı olmaq, öz dediyində, tələbində daha israr etməmək. Əvvəlcə deyilənlərə razı olmadı, sonra təslim oldu.

– Fazilov jurnalı pəncərəyə qoyub əllərini göyə qaldırdı: – Almaz xanım, mən təslim! Mir Cəlal.

4. məc. Tabe olma, ram olma.
□ Təslim olmaq1) tabe olmaq, ram olmaq.

Təslim olmuş dalğalar; Polad adacıqların; Ayağını yaladı. İ.Səfərli;

2) Çətinliklər qarşısında geri çəkilmək, tamahını saxlaya bilməmək. Qəhrəman bir an da olsun çətinlik və maneələr qarşısında təslim olmamalıdır.
◊ Canını (ruhunu) təslim etmək – bax can.

 

 

TƏSLİM nədir? – TƏSLİM nedir? – TƏSLİM sözünün mənası – TƏSLİM sozunun menasi – TƏSLİM nə deməkdir? – TƏSLİM ne demekdir? – TƏSLİM sözünün izahı – TƏSLİM sozunun izahi – TƏSLİM sözünün istifadəsi – TƏSLİM sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.