TƏRS

is.sif.
1. Bir şeyin əks tərəfi, arxası, dalı.

Nəzarətçi söyüş söydü və sağında dayanmış növbətçinin qırmızı yanağına əlinin tərsi ilə ağır bir şillə vurdu. M.Hüseyn.
[Veys] …səliqəsiz qara bığlarını əlinin tərsi ilə silib, borc və nisyə dəftərlərini götürdü. Ə.Əbülhəsən.

// Parçanın və s. dal üzü (avand əksi). Parçanın tərsi.
2. Biri o birisinin əvəzinə və ya əksinə olan. Ayaqqabını tərs geymək.
3. Öz dediyindən, öz əməlindən, öz xasiyyətindən əl çəkməyən, tərslik edən; inad, höcət.

[Mehralı:] Musa çox tərs adamdır, sən onun dilini bilməzsən. S.Rəhman.

[Qızyetər:] Rüstəm dayı əl qatmasa Şirzadın işi düzələn deyil.

Elə bir tərsə rast gəlib ki!… M.İbrahimov.

4. Acıqlı, hirsli, qaşqabaqlı.

Sarı özü də işlər müdirinin tərs baxışlarından bir növ mətləbi anlayırdı. S.Rəhimov.
Mirzə yenə üzümə tərs baxdı. Mir Cəlal.

5. Əksinə, tərsinə.

[Məhəmməd:] Ey müəllim, sən mənə neçə il dərs demisən; İndi belə görünür, hər şeyi tərs demisən. B.Vahabzadə.

◊ Tərs damarına düşmək (salmaq), tərs damarı (tərsliyi) tutmaq – tərsliyə başlamaq, tərslik eləmək, dediyindən, öz əməlindən, öz bildiyindən əl çəkməmək; inad etmək.

[İmran:] [Ananın] tərs damarına düşdü, qurtardı. M.Hüseyn.
[Rüstəm:] Görürsən tərs damarı tutub, danışma, çıx get, havası keçəndə qayıt… M.İbrahimov.
[Nisə xanım Zakirova:] Nə qədər dedim ki, uşağa ayda bir-iki min cibxərcliyi göndər, saldın tərs damarına. Ə.Məmmədxanlı.

Tərs damarını sındırmaq – tərslikdən vaz keçməsinə nail olmaq, yumşaltmaq, yola gətirmək, razılığına nail olmaq.

[Xəlil:] …Yığsın başına dost-aşnanı, o Əliqulu kişinin tərs damarını sındırsın. S.Rəhman.

Tərs kimi – elə bil, acıqdan, əksinə.

[Mərcan bəy:] Tərs kimi kəbin pulu da beş min manat yazılıb. Ü.Hacıbəyov.

Yumurtası tərs gəlmək – əl-ayağa düşmək, bir yerdə qərar tapa bilməmək, özünə yer tapa bilməmək.
Yumurtası tərs gəlmiş toyuq kimi – bir yerdə qərar tapa bilməyən, özünə yer tapa bilməyən adam haqqında.

 

 

TƏRS nədir? – TƏRS nedir? – TƏRS sözünün mənası – TƏRS sozunun menasi – TƏRS nə deməkdir? – TƏRS ne demekdir? – TƏRS sözünün izahı – TƏRS sozunun izahi – TƏRS sözünün istifadəsi – TƏRS sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.