TƏR

is.
1. Xüsusi dərialtı vəzilərin ifraz etdiyi şəffaf maye.

Maşında oturanların alnından tər süzülürdü. M.İbrahimov.
Arvad kişinin alnının dərin qırışlarına dolmuş soyuq təri sildi. B.Bayramov.

□ Tər aparmaq (basmaq) – çox işləməkdən və ya istidən çox tərləmək.

Bir anda Nisa xalanı tər apardı. Mir Cəlal.

Tər vəzisi anat. – tər ifraz edən dərialtı vəzi.
2. Daha yüksək temperaturu olan hava mühiti ilə təmas etdikdə əşyaların üzərində əmələ gələn yaşlıq.
◊ Tər tökmək məc.1) bir şeyi əldə etmək üçün çox çalışmaq, çapalamaq, çox əlləşmək, çox zəhmət çəkmək;
2) məc. xəcalət çəkmək, utanmaq.

Ona fikir verin, danışdıqca biz; Tər tökür, sıxılır, utanır hər an. B.Vahabzadə.

Alın təri – bax alın.
Alın təri ilə qazanmaq – bax alın.
Alın təri tökmək – bax alın.

 

 

TƏR nədir? – TƏR nedir? – TƏR sözünün mənası – TƏR sozunun menasi – TƏR nə deməkdir? – TƏR ne demekdir? – TƏR sözünün izahı – TƏR sozunun izahi – TƏR sözünün istifadəsi – TƏR sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.