TƏHƏR
1. is. Cür, üsul, qayda, yol. Nə təhər adamdır? Bu təhər hərəkət etmək olmaz.
□ Təhərini bilmək – qaydasını, yolunu bilmək, necə hərəkət edəcəyini bilmək.
Bu təhər – bu qayda ilə, bu yolla, bu cür, beləliklə.
2. qoş. Kimi, bənzər, oxşar. Atası təhəri hündürboydur.
3. bax təhər-töhür.
4. is. dan. İmkan, həvəs, arzu. Onlara getməyə təhərim yoxdur.
◊ Təhər çəkmək – yoluna qoymaq, həll etmək, tədbir görmək, çarə çəkmək, əncam çəkmək. [Sərvər:] …Sən atana deyinən ki, özün bilərsən. Sonra sənin işin yoxdur.
Təhərdən çıxarmaq – xarab etmək, korlamaq.
Təhərdən çıxmaq – adi, təbii görkəmini itirmək, pis şəklə düşmək, xarab olmaq.
Təhərə düşmək – normal şəklə düşmək, adi, təbii halını almaq, qaydaya düşmək.
Təhərə salmaq – normal şəklə salmaq, adi, təbii halına salmaq, qaydaya salmaq.
Təhərim yoxdur – istəmirəm.
Təhərini pozmadan – təbii halını pozmadan, etidalını pozmadan, həmişə olduğu kimi, həmişəki kimi.
Bir təhər olmaq – bax bir.
TƏHƏR nədir? – TƏHƏR nedir? – TƏHƏR sözünün mənası – TƏHƏR sozunun menasi – TƏHƏR nə deməkdir? – TƏHƏR ne demekdir? – TƏHƏR sözünün izahı – TƏHƏR sozunun izahi – TƏHƏR sözünün istifadəsi – TƏHƏR sozunun istifadesi