SÜTÜL

sif.
1. Hələ yetişməmiş, tamam dəyməmiş. Sütül qarğıdalı. – Arpanı sütül, buğdanı ötür. ( Ata. sözü ).

Sütül sünbüllər ağır başlarını əyib sanki biçinçini gözləyir. Mir Cəlal.

// İs. mənasında. [Gülməli:] Gördüm ki, Toppuzlular məhəlləsindən bir tüstü, bir alov qalxır ki, gəl tamaşasına.

Dedim, bəlkə bu tezdən sütül ütürlər. Ə.Abasov.

2. Az bişmiş, alabişmiş. [Satıcı:] Qovurma.

Ay sütül ciyər kababı; Hər kimin pulu var, yeyər kababı. M.Rahim.
[Hatəmov Ümidə:] …Sütül kababdan danışıb ağzımızı sulandırmaq istəyirsiniz? B.Bayramov.

3. məc. Yeniyetmə, tər.

15 yaşını yenicə doldurmuş sütül gəlinlərə ancaq bu dairədə rast gəlmək olar. Qantəmir.
Bu otaqların binasını qoyanda, yaxşı yadıma gəlir, mən lap sütül cavandım. Mir Cəlal.

 

 

SÜTÜL nədir? – SÜTÜL nedir? – SÜTÜL sözünün mənası – SÜTÜL sozunun menasi – SÜTÜL nə deməkdir? – SÜTÜL ne demekdir? – SÜTÜL sözünün izahı – SÜTÜL sozunun izahi – SÜTÜL sözünün istifadəsi – SÜTÜL sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.