SÜRTMƏK

f.
1. Əlini bədənin müəyyən yerinə basa-basa o tərəf-bu tərəfə gəzdirmək, ovxalamaq. Qolunu sürtmək. Üzünü sürtmək. Kürəyini sürtmək.

[Fatma:] Hərdən əlini başına sürtüb, al qana bulaşmış bir halda ay işığına tutur, şikayətlənirdi… Çəmənzəminli.
[Yusif:] Qara kəlin boynuna keçi piyi sürtməklə onun yerişini, gücünü artırmaq olmaz, onun ayağı ilə maşına çatmaq olmaz. B.Bayramov.

2. Sürtərək xırdalamaq, doğramaq, şirəsini çıxartmaq. Çuğunduru sürtgəcə sürtmək.
3. Hərəkət zamanı ağrı vermək, dərini incitmək, əziyyət vermək, zədələmək. Çəkmə ayağımı sürtür.
4. Çəkmək, toxunduraraq gəzdirmək, dəydirmək.

[At] Kərbəlayı Qasımın dalınca gedəgedə hərdən alnını sürtürdü Kərbəlayı Qasımın kürəyinə. C.Məmmədquluzadə.
Sürtdü kamançaya ayı əllərin; Az qaldı ki, lap qopara tellərin. A.Səhhət.

5. Qum, pasta və s. ilə sürtüb təmizləmək. Qabları sürtmək. Vannanı sürtmək.

– Qız əlində samovarın qara qapağını sürtə-sürtə saçı, başı nizamsız özünü bayıra atır. H.Sarabski.

6. məc. məh. Süründürmək. Mədət başını bulayaraq oturmuş, Sübhanverdizadəyə olan borcunu necə olur olsun bu ayın içində vermək qərarına gəlmişdi.

Əfruz bacı isə bu pulu sürtməyi qət etmişdi. S.Rəhimov.

 

 

SÜRTMƏK nədir? – SÜRTMƏK nedir? – SÜRTMƏK sözünün mənası – SÜRTMƏK sozunun menasi – SÜRTMƏK nə deməkdir? – SÜRTMƏK ne demekdir? – SÜRTMƏK sözünün izahı – SÜRTMƏK sozunun izahi – SÜRTMƏK sözünün istifadəsi – SÜRTMƏK sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.