SÜMÜK
1. İnsan və onurğalı heyvan skeletinin ayrı-ayrı tərkib hissəsi. Qol sümüyü. Baldır sümüyü.
2. Müxtəlif şeylər qayırmaq üçün istifadə edilən bəzi heyvanların (fil, suiti) dişi, yaxud buna oxşar başqa bərk cisim. Qarmona sümük dil salmaq. Fil sümüyündən hazırlanan sancaq.
// Sümükdən qayrılmış. Sümük daraq. Sümük dəstək.
3. Zər (nərd və s. oyunlarda).
□ Sümük atmaq – nərd oynamaq.
◊ Sümük sındırmaq – çox əziyyət çəkmək, çalışmaq; can qoymaq.
Sümük sındırmış – təcrübəli; can qoymuş.
Sümükləri çıxmaq – çox arıqlamaq.
Sümükləri çıxmış – çox arıqlamış.
Sümükləri çürümək – tamamilə məhv olmaq, nişanı, izi-tozu qalmamaq.
Sümüklərini qırmaq (sındırmaq) – bərk döymək, əzişdirmək.
Sümüyünə (sümüklərinə) düşmək (oyun havası haqqında) – xoşu gəlmək, oynamağa həvəsləndirmək, sövq etmək. Bu oyun havası adamın sümüyünə düşür.
Sümüyünə qədər işləmək – çox dərin təsir etmək.
Ağzına sümük atmaq – susdurmaq üçün bir şey vermək.
Bir dəri, bir sümük – bax dəri.
SÜMÜK nədir? – SÜMÜK nedir? – SÜMÜK sözünün mənası – SÜMÜK sozunun menasi – SÜMÜK nə deməkdir? – SÜMÜK ne demekdir? – SÜMÜK sözünün izahı – SÜMÜK sozunun izahi – SÜMÜK sözünün istifadəsi – SÜMÜK sozunun istifadesi