SÜD
1. Balalarını yedirib bəsləmək üçün qadınların və məməli heyvanların məmələrindən gələn ağ, qidalı maye. Uşağa süd vermək. Qoyun südü. İnək südü.
□ Süd vermək – əmizdirmək (uşağı).
2. Bəzi bitkilərin ifraz etdiyi ağ maye.
◊ Süd anası (nənəsi) – körpəyə süd verən başqa qadın; dayə, tərbiyə edib böyüdən qadın.
Süd dişi – uşağın çıxartdığı ilk diş.
Süd gölünə düşmək – rifah və səadət içərisində yaşamaq, həyatın bütün nemətlərindən faydalanmağa başlamaq.
Süd kimi – 1) ağappaq, qar kimi. Yer süd kimi dümağ, üfüqlər açıq, hava durğun idi. Mir Cəlal;
2) aydın, təmiz.
Süd qardaşı (bacısı) – bir vaxtda bir ananın südünü əmən uşaqlardan hər biri.
Südüm halal olsun! – ananın öz övladının hərəkətindən məmnunluğunu bildirən ifadə.
Anasının südü halal olsun! – yaxşı, nəcib uşaq haqqında.
Halal süd əmmiş – bax halal.
SÜD nədir? – SÜD nedir? – SÜD sözünün mənası – SÜD sozunun menasi – SÜD nə deməkdir? – SÜD ne demekdir? – SÜD sözünün izahı – SÜD sozunun izahi – SÜD sözünün istifadəsi – SÜD sozunun istifadesi