SON
1. Bir şeyin qurtaracağı, nəhayəti, axırı; axır. Yolun sonu. Küçənin sonu.
2. Eyni mənada zaman haqqında. İlin sonu. Ayın sonunda. İş gününün sonu.
// Bir işin bitməsi, qurtarması, başa çatması. İşi sona çatır. Hadisənin sonunu gözləmək.
// sif. Axırıncı, sonuncu. Yayın son ayı. Son cərgədə oturmaq.
3. Aqibət, nəticə, axır.
4. məc. Ölüm, ölmə, son nəfəs. Sonu gəlib çatmışdır. Onun sonudur. Son nəfəsə kimi.
5. Ən yeni, ən təzə, yenicə meydana çıxmış, axırıncı. Son moda. Elmin son nailiyyətləri. Son xəbərlər.
◊ Son dərəcə – olduqca çox, lap çox. Son dərəcə gözəl. Son dərəcə çalışqan. Son dərəcə arıq.
Son qoymaq (vermək) – nəhayət vermək, daha etməmək, yol verməmək, əl çəkmək, dayandırmaq.
Son nəfəs – axır nəfəs, həyatının son dəqiqələri. Rzaquluxan isə son nəfəsdə ağlayırdı, həm də gülürdü.
Sona yetirmək (çatdırmaq) – bitirmək, qurtarmaq, tamamlamaq, axıra çatdırmaq.
Sonuna çıxmaq – bax axırına çıxmaq (“axır”da).
SON nədir? – SON nedir? – SON sözünün mənası – SON sozunun menasi – SON nə deməkdir? – SON ne demekdir? – SON sözünün izahı – SON sozunun izahi – SON sözünün istifadəsi – SON sozunun istifadesi