SIXMAQ
1. Üstündən, ya yanlarından basmaq, təzyiq etmək. Qarpızı sıxıb yoxlamaq.
2. Kip birləşdirmək, bir-birinin üstünə bərk basmaq, qısmaq.
□ Əlini sıxmaq – salamlama və ya başqa bir hissini (təşəkkür, hüsn-rəğbət, razılıq və s.) ifadə etmək üçün birinin əlini tutub bərk sıxmaq.
3. Meyvəni əl və s. ilə bərk basıb (sıxıb) suyunu çıxarmaq. Üzüm sıxmaq. Meyvə sıxmaq. Limon sıxmaq.
// Bərk buraraq suyunu çıxartmaq. Paltarları sıxmaq.
4. məc. Sıxışdırmaq, ruhən incitmək, sıxıntı vermək. Belə hərəkət adamı sıxır.
5. Tətiyi çəkib boşaltmaq (odlu silahı).
6. Dar gəlmək, dar olmaq (paltar, ayaqqabı). Tufli ayağımı sıxır.
7. Bərk çəkib bağlamaq.
◊ Sıxıb suyunu çıxartmaq məc. – bərk sıxışdırmaq, bərk tənqid etmək, abrını vermək.
SIXMAQ nədir? – SIXMAQ nedir? – SIXMAQ sözünün mənası – SIXMAQ sozunun menasi – SIXMAQ nə deməkdir? – SIXMAQ ne demekdir? – SIXMAQ sözünün izahı – SIXMAQ sozunun izahi – SIXMAQ sözünün istifadəsi – SIXMAQ sozunun istifadesi