SIRA
1. Yan-yana və ya ard-arda duran adamlar və ya şeylər düzümü; səf, cərgə. Evlər sırası. İki sıra durmaq.
[Xasay] sırada dayandı.
// Kinoda, teatrda və s.-də oturmaq üçün bir xətdə düzülmüş yerlər. Qabaq sırada oturmaq. Yerimiz dördüncü sıradadır.
2. Bu və ya başqa bir münasibətlə, ya təşkilati cəhətcə bir arada birləşən adamlar toplusu; heyət.
3. coğr. Cərgə, silsilə. Qarlı dağlar sırası.
4. Növbə. Sırası gəldikcə. İndi sizin sıranızdır. Mənim sıram hələ gəlməyib.
5. Sinif, dərəcə, cərgə, mərtəbə, rütbə, zümrə. Bizi onların sırasına daxil etməyin.
6. Adətən “bir” sözü ilə: bir sıra – bir çox, bir miqdar, çoxlu, yaxud bir qədər, bəzi. Bir sıra məsələ. Bunun bir sıra səbəbi var. Oxuculardan bir sıra məktub gəlmişdir.
◊ Sıradan çıxartmaq – korlamaq, xarab etmək, işləməz, yararsız hala salmaq. Maşını sıradan çıxartmaq.
Sıradan çıxmaq – korlanmaq, xarab olmaq, daha işə yaramamaq, işləyə bilməmək. Maşın sıradan çıxmışdır.
Sıradan qalmamaq – hamı ilə birgə hərəkət etmək, yoldaşlarından geri qalmamaq, ayaqlaşmaq.
Sırası gəldikcə – yeri gəldikcə, növbəti gəldikcə.
Bu sırada – bu vaxt, bu arada, bu zaman, bu anda.
O sıradan – o cümlədən.
SIRA nədir? – SIRA nedir? – SIRA sözünün mənası – SIRA sozunun menasi – SIRA nə deməkdir? – SIRA ne demekdir? – SIRA sözünün izahı – SIRA sozunun izahi – SIRA sözünün istifadəsi – SIRA sozunun istifadesi