SINMAQ
1. Bir şeyə bərk toxunaraq parçalanmaq, tikə-tikə olmaq, xırda hissələrə ayrılmaq; qırılmaq, zədələnmək. Boşqablar əlimdən düşüb sındı. Pəncərə sınıb töküldü. – Su səhəngi suda sınar. ( Ata. sözü ).
// Ağır bir şeyin təzyiqi altında əyilərək yerindən qopmaq, qırılmaq. Küləkdən ağacın budaqları sındı.
// Bərk bir şeyə şiddətlə dəyərək, toxunaraq şikəst olmaq; qırılmaq, zədələnmək. Ayağı sınmaq. Qolu sınmaq.
2. məc. İncimək, xətrinə, qəlbinə dəymək, pərt olmaq.
3. Basılmaq, məğlub olub dağılmaq, müqavimət qabiliyyətini itirmək.
4. Azalmaq, zəifləmək, yenmək. Quyruq doğandan bir həftə sonra idi. Nədənsə istilər hələ sınmamışdı.
5. məc. Aşağı düşmək, enmək. Qiymətlər sındı.
6. məc. İflas etmək, müflis olmaq.
7. Bir sıra isimlərdən sonra gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ürəyi sınmaq, könlü sınmaq, canına sınmaq, qol-qanadı sınmaq və s.
SINMAQ nədir? – SINMAQ nedir? – SINMAQ sözünün mənası – SINMAQ sozunun menasi – SINMAQ nə deməkdir? – SINMAQ ne demekdir? – SINMAQ sözünün izahı – SINMAQ sozunun izahi – SINMAQ sözünün istifadəsi – SINMAQ sozunun istifadesi