SINIQ
1. Sınmış halda olan; qırıq. Sınıq dolça. Sınıq boşqab. Sınıq güzgü. Sınıq maşın.
2. is. Sınmış, qırılmış bütöv bir şeyin kiçik hissəsi. Stəkan sınığı. Maşının sınıqlarını düzəltmək. Qabların sınığını atmaq.
3. məc. Pərişan, qüssəli, dərdli.
4. İflas etmiş, müflis.
5. məc. Məğlubiyyətə uğramış, basılıb pozulmuş. Sınıq qoşun.
◊ Sınıq çıxmaq – iflas etmək, müflis olmaq.
Sınıq düşmək – 1) bax sınıq çıxmaq;
2) məğlub olub dağılmaq, darmadağın olmaq.
Sınıq salmaq – dağıtmaq, basmaq, məğlub etmək, darmadağın etmək.
SINIQ nədir? – SINIQ nedir? – SINIQ sözünün mənası – SINIQ sozunun menasi – SINIQ nə deməkdir? – SINIQ ne demekdir? – SINIQ sözünün izahı – SINIQ sozunun izahi – SINIQ sözünün istifadəsi – SINIQ sozunun istifadesi