SİNİF
1. Elmi və digər təsnifatda: a) biol. bitki və heyvanların təsnifatında böyük bölmələrdən (şöbələrdən) biri. Sudaquruda yaşayanlar sinfi. Məməlilər sinfi. İkiləpəli bitkilər sinfi.
b) mənt. müəyyən keyfiyyətə, xüsusiyyətə malik olan eynicinsli şeylərin məcmusu.
2. Dərəcə, bölgü.
// Gəmilərin, vaqonların, paroxodların və s.-nin quruluş tipindən və təchizatından asılı olaraq bölgü dərəcəsi.
3. İctimai təbəqə, zümrə.
4. İbtidai və orta məktəb şagirdlərinin, oxuduqları dərs ilinə uyğun olaraq bölgüsü. İkinci sinif şagirdi.
// Musiqi və rəssamlıq məktəblərində müəyyən müəllimin rəhbərliyi altında məşğələ və ya müəyyən fənn keçən şagirdlər qrupu. Royal sinfi. Heykəltəraşlıq sinfi.
// Məktəbdə dərs keçilən otaq.
SİNİF nədir? – SİNİF nedir? – SİNİF sözünün mənası – SİNİF sozunun menasi – SİNİF nə deməkdir? – SİNİF ne demekdir? – SİNİF sözünün izahı – SİNİF sozunun izahi – SİNİF sözünün istifadəsi – SİNİF sozunun istifadesi