SINDIRMAQ
1. Bərk bir şeyə vurmaqla, toxundurmaqla, yaxud yerə salmaqla parçalamaq, qırıb tökmək. Stəkanı yerə salıb sındırmaq. Su dolçasını sındırmaq. Güzgünü sındırmaq.
// Bütöv bir şeyi bərk bir şeyə vuraraq xıncım-xıncım etmək, qırmaq. Daş sındırmaq.
2. Qopararaq üzmək, qırmaq. Şaxı sındırmaq. Stolun qıçını sındırmaq.
3. Korlamaq, xarab etmək, yararsız hala salmaq. Saatı sındırmaq. Oyuncağı sındırmaq. Aləti sındırmaq.
4. Şikəst etmək, qırmaq. Qolunu sındırmaq. Ayağını sındırmaq.
5. məc. Məhv etmək, yox etmək, məğlub etmək, dağıtmaq. Köhnəlmiş idarə üsulunu sındırıb yenisini qurmaq.
6. məc. Pərt etmək, xətrinə dəymək, məyus etmək.
7. məc. dan. zar. Həvəslə, şövqlə oynamaq (rəqs etmək).
□ Sındıra-sındıra oynamaq – həvəslə, ehtirasla, şövqlə oynamaq.
8. Bir sıra isimlərin yanına gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ürəyini sındırmaq, sözünü sındırmaq, başını sındırmaq, qol-qanadını sındırmaq, belini sındırmaq və s.
SINDIRMAQ nədir? – SINDIRMAQ nedir? – SINDIRMAQ sözünün mənası – SINDIRMAQ sozunun menasi – SINDIRMAQ nə deməkdir? – SINDIRMAQ ne demekdir? – SINDIRMAQ sözünün izahı – SINDIRMAQ sozunun izahi – SINDIRMAQ sözünün istifadəsi – SINDIRMAQ sozunun istifadesi