ŞEYTAN

is. [ ər. ]
1. Dini təsəvvürlərə görə şəri təmsil edən mövhum varlıq; cin, iblis (dini əfsanələrə görə mələklərdən olub, guya Adəm peyğəmbərə səcdə etmədiyinə görə göydən qovulmuş və o zamandan bəri insanları pis yollara çəkməyə çalışan bir varlıq).

Ayda-ildə bir namaz, onu da şeytan qoymaz. (Məsəl).
Səcdə qıl yarə, könül, baxma o zahid sözünə; Adəm ol, mətləbi qan, eyləmə şeytan ilə bəhs. S.Ə.Şirvani.
Artıq nə molla var, nə cin, nə şeytan; Nə yumruq, nə qamçı, nə nökər, nə xan. S.Vurğun.

2. məc. Araqarışdıran, fitnəkar, xəbərçi, çuğul adam haqqında.

[Nəsir:] Şeytana rast gəlməsən, nə var ki. H.Nəzərli.
[Qəhrəman:] Sən demə, şeytan-şuğul bunu bəyə xəbər verib. Ə.Vəliyev.

// məc. zar. Çox bic, kələkbaz.

[Əsgər:] Halal olsun, Süleyman, sən nə kələkbazsan, şeytan! Öyrədib məni yola saldın, mənə rast gəldi yarcan. Ü.Hacıbəyov.

// məc. Dəcəl.

Şeytan bir qız nəvəsi də; Ayaq üstə dayanmışdı. N.Rəfibəyli.

◊ Şeytan fəhləsi – yorulmadan havayı, müftə işləyən adam haqqında. [Molla Cəfər Qasım əmiyə:] Gərək düşəsən bu kənd mənim, o kənd sənin, arvadın nə qədər qohumqardaşı, cicisi, bacısı … hamısını daşıyıb tökəsən Danabaş kəndinə.

Kişi, sən şeytan fəhləsisən məyər? C.Məmmədquluzadə.

Şeytana bac vermək – biclik, hiylə işlətmək.
Şeytana papış tikər – çoxbilmiş, çox bic, hiyləbaz, fırıldaqçı adam haqqında. [Ağa Kərim:] Amma Ağa Salmana mənim təlimim lazım deyil.

O özü şeytana papış tikər. M.F.Axundzadə.
Sənin bicliyini kim bilmir, sən az qalırsan ki, şeytana papış tikəsən, sən mətləbi başa düşmürsən? E.Sultanov.

Şeytanın ayağını (qıçını) sındırmaq zar. – çox az-az bir yerə gəlib-getmək, hərdənbir görünmək. Cabir məni hərdən yada salırdı.

…Ayda arabir şeytanın qıçını sındırırdı. Ə.Vəliyev.

Bu meydan, bu da şeytan – hər hansı bir şeyi sübut etmək üçün əsas, dəlil göstərmək mənasında ifadə.

[Bəxti:] Deyin görək, mən kimə nə eyləmişəm? Bu meydan, bu da şeytan, bu göydəki allah, bu yerdəki insanlar. S.Rəhimov.

Lənət kor şeytana – bax lənət sənə kor şeytan! (“lənət”də).

 

 

ŞEYTAN nədir? – ŞEYTAN nedir? – ŞEYTAN sözünün mənası – ŞEYTAN sozunun menasi – ŞEYTAN nə deməkdir? – ŞEYTAN ne demekdir? – ŞEYTAN sözünün izahı – ŞEYTAN sozunun izahi – ŞEYTAN sözünün istifadəsi – ŞEYTAN sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.