ŞEY
1. Məişətdə, işdə və s.-də lazım olan hər hansı bir cisim, maddə, zad, əşya, nəsnə.
[Qulu:] Otaq təmizdir.
□ Bir şey – 1) qeyri-müəyyən, qeyri-məlum şey, hadisə və s. Sənə bir şey verdimi? Bazardan bir şey ala bildin? Bir şey bilə bildinmi? Ona bir şeymi olub?
2) əhəmiyyət bildirir. Elə demə, o da bir şeydir, lazım olar.
// Adətən cəm şəklində – özünə məxsus pal-paltar və s.
// Bir yerdən başqa yerə aparmaq üçün yığılıb bağlanmış yük, çamadan və s. Şeyləri maşına yığmaq. Şeyləri baqaja vermək.
2. dan. Ədəbi, bədii, elmi və s. əsər. Bir dənə də olsun iri şey yazmamışdır. Yazdıqları elə bir şey deyil.
3. Fakt, iş, real hadisə. Qeyri-adi şey. Məsələyə ciddi bir şey kimi baxmaq lazımdır. Belə şeylərə yol vermək olmaz. Belə bir şey başıma gəlib.
4. İş, hərəkət, əməl. Belə şeylərə baş qoşma. Bu kimi şeyə mən razı ola bilmərəm.
□ Heç bir şey – heç nə.
ŞEY nədir? – ŞEY nedir? – ŞEY sözünün mənası – ŞEY sozunun menasi – ŞEY nə deməkdir? – ŞEY ne demekdir? – ŞEY sözünün izahı – ŞEY sozunun izahi – ŞEY sözünün istifadəsi – ŞEY sozunun istifadesi