ŞAX


1. is. Ağacdan, koldan ayrılan budaq, qol; dal. Ağacdan iki şax ayrılıb. Pambıq kollarının şaxı.

– Quşlar qayıdıb oxur təranə; Şaxlarda tikirlər aşiyanə. A.Şaiq.
[Əmiraslan Nurəddinə:] O əlin ilə tutduğun budağın başında gör nə çox gilas var, çıx o şaxı sındır. S.S.Axundov.

2. Ağacın qırılıb yerə tökülmüş yarpaqlı qol-budağı.

Kəlbalını yolun qırağında şax, şəvəlin içərisində zarıyan bir halda tapmış və götürmüşdülər. S.Rəhimov.

3. məc. Soyuqluq, şaxta. Gün çıxdı, havanın şaxı sındı.

– Havaların şaxı sındığından bu tərpəniş Muzdura çox ilıq gəlirdi. Ə.Əbülhəsən.

4. sif. Hamar, düz; əzgin olmayan. Şax paltar.

– Soydular Hacının şax paltarını; Tüfəngtapançanı, üç qatarını. H.K.Sanılı.
Yazarsanmı, ay komandir, bax, kağız da tapmışam; Şeri bina köçürməkçin şax kağız da tapmışam. Z.Cabbarzadə.

5. sif. Düz, sərrast, dümdüz, dik.

[Şərəf] qələmə ağaclar kimi şax və nazikbədənli Şirzadı içəri buraxdı. M.İbrahimov.
Məmmədcəfər Məmmədəlidən bir yaş böyük, uzunboylu, şax, qüvvətli bir kişi idi. S.Rəhman.

□ Şax durmaq (dayanmaq) – düz durmaq, özünü dik saxlamaq.

Soldatlar şax durub çest verirdilər. Ə.Haqverdiyev.
Qadın diksinmiş kimi düzəlib şax durdu. Mir Cəlal.

◊ (Üzünə) şax baxmaq – cəsarətlə, çəkinmədən, qürurla baxmaq.
Özünü şax tutmaq – qürurlu, təşəxxüslü olmaq.

[Gülara] özünü şax tutardı. İ.Əfəndiyev.
…Fərman özünü elə şax tutardı ki, elə bil, atasına tapşırılan işin yarısını o görəcəkdi. Ə.Sadıq.

Sözü şax (üzünə) demək – birinin yanında heç bir eybi, utanılacaq işi olmadığına görə sərbəst halda fikrini demək, çəkinmədən sözünü demək.

[Nəsir] hər kəsin çirkin əməlini şax üzünə deyərdi. S.S.Axundov.
[Surxayın] sözü … şax deməsi Həsən kişiyə ləzzət verirdi. M.İbrahimov.
[Usta] yaramaz işlərinin üstünü açır, nöqsanlarını şax üzünə deyirdi. M.Hüseyn.

Şax gəzmək – heç kəsin yanında eybi, qəbahəti, nöqsanı olmadığına inandığı üçün özünü alnıaçıq, başıuca, dikbaş aparmaq.

[Fərman:] Bilirsiniz, həmişə şax gəzmiş bir adamam, indi məni əmim götürüb elə yerə çırpıbdır ki, xəcalətimdən insan arasına çıxa bilməyirəm. Ə.Haqverdiyev.
Elə buna görə də [Babacan] hələ şax gəzir, açıq danışır, özünə isnad olunan bir çox nöqsanları boynuna götürmür(dü). Ə.Əbülhəsən.

Üzünə şax baxa bilməmək – birinin yanında qüsuru, günahı olduğu üçün ondan utanmaq, xəcalət çəkmək.

[Səmirə:] Nə uşaqların, nə də qayınanamın üzünə şax baxa bilirdim. M.Hüseyn.

Üzünə şax baxmaq – birinin yanında eyibli işi, qəbahəti olmadığı üçün özünü onun qabağında sərbəst hiss etmək, ona qürurla, cəsarətlə baxa bilmək. [Qulu:] Deyirəm, Cimi, vicdanın olsun, elə elə ki, mən də sənə əməkgünü yazanda utanıb tər tökməyim.

Camaatın üzünə şax baxım. İ.Əfəndiyev.

 

 

ŞAX nədir? – ŞAX nedir? – ŞAX sözünün mənası – ŞAX sozunun menasi – ŞAX nə deməkdir? – ŞAX ne demekdir? – ŞAX sözünün izahı – ŞAX sozunun izahi – ŞAX sözünün istifadəsi – ŞAX sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.