ŞAN-ŞAN

sif. Şanlar şəklində, göz-göz, deşik-deşik.

…Sinənin içində olan ağ ciyər şan-şandır. H.Zərdabi.

□ Şan-şan etmək (eləmək) – deşik-deşik etmək. Güllə sinəsini şan-şan elədi.

– Hamı adamların gözünün qabağında Nəbigil Məcid bəyi güllələyib şanşan elədilər. Qaçaq Nəbi”.
Vurub bağrını [tərlanın] elədi şan-şan. M.Seyidzadə.

Şan-şan olmaq – bax şanə-şanə olmaq (“şanə-şanə”də).

Çöldə taxıl şan-şan olur, tellənir; Dərya kimi ləpələnir, yellənir. A.Səhhət.

◊ Bağrı (ürəyi) şan-şan olmaq – bax bağrı qan olmaq (“bağır”da).

Fələk saldı dürlü-dürlü odlara; Şan-şan olmuş, parələnmiş könlümü. M.V.Vidadi.
Qara bağrım şan-şan oldu, dəlindi; Gahdan ağla, gahdan yada sal məni. Aşıq Abbas.
Kimsənin Veysin şan-şan olan bağrından xəbəri yox idi. Ə.Əbülhəsən.

Bağrını (ürəyini) şan-şan eləmək – bax bağrını qana döndərmək (“bağır”da).

Aşiqlər bağrını şan-şan eylərsən; Gündə birin kəsib qurban eylərsən; Hər qıya baxanda yüz qan eylərsən; Müşküldür dolanmaq, yağı, səninlə. Q.Zakir.
Çəkib almaz kirpiyini; Bağrımı şan-şan elədin. Aşıq Ələsgər.

 

 

ŞAN-ŞAN nədir? – ŞAN-ŞAN nedir? – ŞAN-ŞAN sözünün mənası – ŞAN-ŞAN sozunun menasi – ŞAN-ŞAN nə deməkdir? – ŞAN-ŞAN ne demekdir? – ŞAN-ŞAN sözünün izahı – ŞAN-ŞAN sozunun izahi – ŞAN-ŞAN sözünün istifadəsi – ŞAN-ŞAN sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.