SALAMAT
1. Sağ, diri, xətərsiz-bəlasız, sağ-salamat.
□ Salamat çıxmaq – sağ qalmaq, diri qalmaq, ölməmək; salamat qurtarmaq.
Salamat qalmaq – 1) ölməmək, sağ qalmaq, yaşamaq, xilas olmaq, xətərdən qurtarmaq.
2) bütöv qalmaq, sağ qalmaq, toxunulmaz qalmaq; zədəsiz, nöqsansız olmaq, dağılmamaq.
Salamat qurtarmaq – bax salamat qalmaq 1-ci mənada.
2. məc. Sağlam, gümrah.
◊ Salamat qalın! – görüşüb ayrılarkən qalan adama (adamlara) deyilən əlvida ifadəsi.
Salamat yer qalmamaq – hər yeri, hər tərəfi zədələnmək, yaralanmaq. Şahnigar taqətdən düşmüşdü. Ayaqqabısının dabanı qopmuş, əynindəki paltar didik-didik olmuşdu.
Salamat yer qoymamaq – hər yerini, hər tərəfini əzişdirmək, zədələmək, yaralamaq, yaxud dağıtmaq, korlamaq, bərbad hala salmaq. [Məhbusi:] Yavaş, Kərimxan, qardaşım, yavaş.
SALAMAT nədir? – SALAMAT nedir? – SALAMAT sözünün mənası – SALAMAT sozunun menasi – SALAMAT nə deməkdir? – SALAMAT ne demekdir? – SALAMAT sözünün izahı – SALAMAT sozunun izahi – SALAMAT sözünün istifadəsi – SALAMAT sozunun istifadesi