SAĞLIQ
1. Bədənin bütün üzvlərinin sağlam, saz olması, düzgün, normal işləməsi, salamatlıq, səhhət. Sağlığa ziyan verən şeylərdən qaçmalı. – Abır istəsən – çox demə; Sağlıq istəsən – çox yemə. ( Ata. sözü ).
□ Sağlıq olsa (olsun) – 1) salamatlıq arzusu bildirir; inşallah, Allah qoysa.
2) bəzən hədə mənasında. [Cavad:] Düşmənin də ömrü bu qar kimi əriyəcəkdir.
(Öz) sağlığında – yaşadığı zaman, yaşamaqda ikən, sağkən, diri ikən, diriliyində.
2. Məclisdə şərəfinə badə qaldırılan şəxsə xitabən deyilən xoş sözlər, tost.
□ Sağlıq demək – məclisdə badələri müəyyən münasibətdə içməyi təklif etmək.
3. Sağlığın(ız) şəklində – birindən haləhval soruşduqda müsbət mənada cavab kimi işlənir.
4. Sağlığına şəklində – ifadə olunan fikrə danışanın müsbət münasibəti, məmnunluğu bildirilir. Sağlığına, kefim kökdür.
◊ Sağlıqla qal(ın)! – bax sağ ol(un) 2-ci mənada (“sağ2”da).
SAĞLIQ nədir? – SAĞLIQ nedir? – SAĞLIQ sözünün mənası – SAĞLIQ sozunun menasi – SAĞLIQ nə deməkdir? – SAĞLIQ ne demekdir? – SAĞLIQ sözünün izahı – SAĞLIQ sozunun izahi – SAĞLIQ sözünün istifadəsi – SAĞLIQ sozunun istifadesi