SAAT
1. Gecə-gündüzün iyirmi dörddə birini təşkil edən və 60 dəqiqədən ibarət olan vaxt ölçüsü vahidi.
// Saat ölçüsü vahidi. İki saat işləmək. Üç saat gözləmək. Təyyarə iki saat gecikir.
□ Bu saat – indi, indicə.
Haman saat – bax o saat. Haman saat işə başladı.
O saat – tez, əlüstü, dərhal.
2. Günortadan, yaxud tən gecə yarıdan hesablanan 60 dəqiqəlik vaxt ölçüsü.
3. Gecə-gündüz müddətində vaxtı təyin etmək üçün alət, cihaz. Divar saatı. Cib saatı. Qol saatı.
4. Tənəffüslə birlikdə dərsə, mühazirəyə sərf olunan 60 dəqiqəlik müddət. Akademik saat (texnikumlarda və ali məktəblərdə 50 dəqiqə davam edən vaxt, müddət). Dərs saatı (ümumtəhsil məktəblərində 45 dəqiqə davam edən məşğələ müddəti). Dərs proqramını saatlara bölmək.
// Pedaqoji məşğələ, mühazirə. Saatlarımı yazdınmı? Xəstə müəllimin saatlarını kimə verdilər?
5. Vaxt, çağ, an, zaman. Axşam saatlarında.
6. bax saatlıq.
◊ Bir saatın içində – dərhal, o saat, gecikmədən.
Saatdan-saata – bax saatbasaat. Bina saatdan-saata ucalırdı.
SAAT nədir? – SAAT nedir? – SAAT sözünün mənası – SAAT sozunun menasi – SAAT nə deməkdir? – SAAT ne demekdir? – SAAT sözünün izahı – SAAT sozunun izahi – SAAT sözünün istifadəsi – SAAT sozunun istifadesi