SƏPMƏK₁
1. Toxumu səpin üçün hazırlanmış torpağa səpələmək; toxum atmaq, əkmək. Çiyid səpmək. – …Vəliqulu çöldə idi.
2. Tökmək (toz halında olan şeylər haqqında). Tarlaya dərman səpmək. Qapının qabağına qum səpmək.
// Dən atmaq, yem tökmək.
// Çiləmək, tökmək, səpələmək (maye haqqında). Başına ətir səpmək.
3. Pərakəndə halda atmaq, necə gəldi atmaq, tökmək, töküb-töküşdürmək. Paltarları evin içinə səpmək.
4. Yağmaq, səpələmək. Yağış səpir.
5. Atmaq (çoxlu miqdarda). Səlim dayana bilmədi.
6. Obrazlı təşbehlərdə: işıq səpmək, nur səpmək, səadət çiçəyi səpmək və s.
7. Bir sıra isimlərlə işlənərək müxtəlif ifadələr düzəldilir; məs.: yarasına duz səpmək, gözünə torpaq səpmək, ürəyinə soyuq su səpmək və s.
SƏPMƏK₁ nədir? – SƏPMƏK₁ nedir? – SƏPMƏK₁ sözünün mənası – SƏPMƏK₁ sozunun menasi – SƏPMƏK₁ nə deməkdir? – SƏPMƏK₁ ne demekdir? – SƏPMƏK₁ sözünün izahı – SƏPMƏK₁ sozunun izahi – SƏPMƏK₁ sözünün istifadəsi – SƏPMƏK₁ sozunun istifadesi