is. [
ər. ] Bir şeyin gerçəkliyinə, doğruluğuna şübhə etmə; şübhə, güman, zənn.
Leyli dedi: – Çün sənə şəkkim var; Məcnun isən, eylə halın izhar. Füzuli.
Əziz balalar!… Sizin bizdən xoşbəxt olmağınıza heç şəkk yoxdur. N.Nərimanov.
[Hacı Osman:] Vəli kişinin qoçaq olmasına şəkkin yoxdur ki, Cavad bəy? N.Vəzirov.
□ Şəkdən çıxartmaq – inandırmaq, şübhə üçün arada yer qoymamaq, şəkk-şübhədən qurtarmaq, inandırmaq. [Seyid Əhməd Seyid Səmədə:] Andına inanıram.
Amma gərək bir şeyə də and içib, məni dürüst şəkdən çıxarasan. Ə.Haqverdiyev.
Şəkdən çıxmaq – bax şəkk-şübhədən çıxmaq.
Şəkkə düşmək – özündə şübhə doğmaq, şübhə eləmək, şübhə altına almaq.
[Dərviş] mənim şəkkə düşməmi anladı. A.Divanbəyoğlu.
Mətbəxdəki arvadlar qara çadraya bürünmüş qadını gördükdə, şəkkə düşmüş və cürbəcür fikirlər irəli sürməyə başlamışdılar. T.Ş.Simurq.
Şəkk eləmək (etmək) – bir işin doğruluğuna, həqiqiliyinə, gerçəkliyinə inanmamaq, şübhə etmək.
[Səməd kişi:] Xeyr, xeyr, əstəğfürullah elə, Allahın hünərinə şəkk eləmə. T.Ş.Simurq.
Bu elə hikmətli çarə idi ki, şəkk eləməyə heç kəsin cürəti çatmırdı. S.Rəhman.
Şəkk gətirmək – bax şəkkə düşmək.
Sən mənim sözümə heç gətirmə şəkk; Bizim evlərdə də gəl görün tək-tək. M.P.Vaqif.
[Qəhrəman:] Rəhmətliyin qızı, sən də şəkk gətirirsən? S.Rəhimov.