SƏBİR
1. Xoşagəlməz, acı, haqsızlıq kimi üzücü hallar qarşısında səsini çıxarmadan onların keçib-getməsinə dözmə, təhəmmül etmə.
□ Səbir etmək (eləmək) – çətin iş, ağır vəziyyət və s. hallarda şikayətlənmədən dözmək, təhəmmül etmək.
// Gələcək və olacaq bir şey üçün tələsməyib və təlaş göstərməyib gözləmə; hövsələ.
□ Səbir etmək – dözmək, hövsələ etmək, tələsmədən gözləmək.
İskəndər səbir edib, yarım ilə qədər gözlədi.
Səbri kəsilmək (tükənmək) – artıq dözə bilməmək, təhəmmül edə bilməmək. Səbrim kəsilib, yar mənim canımı alsın; Ya şad eləsin vəsl ilə, didarə yetirsin. Heyran xanım.
Səbrini basmaq – bax səbir etmək.
2. Səbirlə şəklində zərf – təmkinlə, ağırağır. Səbirlə nağıl etmək.
◊ Səbir kasası daşmaq (dolmaq) – daha dözə bilməmək, təhəmmül edə bilməmək, hövsələdən çıxmaq, təmkinini itirmək.
SƏBİR nədir? – SƏBİR nedir? – SƏBİR sözünün mənası – SƏBİR sozunun menasi – SƏBİR nə deməkdir? – SƏBİR ne demekdir? – SƏBİR sözünün izahı – SƏBİR sozunun izahi – SƏBİR sözünün istifadəsi – SƏBİR sozunun istifadesi