RÜSVA
1. Biabır olma, abırsızlıq, heysiyyətdən düşmə, abırdan düşmə.
// klas. Bu sözlə bağlı olan birləşmələrin birinci tərkib hissəsi; məs.: rüsvayi-dünya, rüsvayi-eşq, rüsvayi-xəlq.
□ Rüsva(y) etmək (eləmək) – abırdan salmaq, adını ləkələmək, biabır etmək (eləmək). [Əsli:] Nə gəzirsən məlul-məlul bu yerdə; Aman Kərəm, məni rüsvay eyləmə! “Əsli və Kərəm”.
Rüsva(y) olmaq – biabır olmaq, heysiyyətdən düşmək, şərəfini itirmək, abırdan düşmək, adı ləkələnmək.
Rüsvayi-aləm (cahan) etmək (eləmək) – cəmiyyət içərisində adını batırmaq, hörmətdən salmaq, biabır eləmək.
Rüsvayi-aləm (cahan) olmaq – bax rüsva(y) olmaq.
RÜSVA nədir? – RÜSVA nedir? – RÜSVA sözünün mənası – RÜSVA sozunun menasi – RÜSVA nə deməkdir? – RÜSVA ne demekdir? – RÜSVA sözünün izahı – RÜSVA sozunun izahi – RÜSVA sözünün istifadəsi – RÜSVA sozunun istifadesi