RƏY
1. Bir şey haqqında fikir, mülahizə, söz. Bu barədə rəyin nədir? – [Katib] ərizəmi oxudu.
2. Bir əsər, tamaşa, konsert, kinofilm və s.-nin təhlil və tənqidini ehtiva edən məqalə, yazı; resenziya. Əsər haqqında rəy yazmaq. Rəsmi opponentlərin rəyi.
3. Fikir, mülahizə.
4. Rəyimcə, rəyincə şəklində – 1) məncə, səncə, mənə görə, sənə görə, ona görə. Rəyimcə pis roman deyil;
2) mən (sən, o) istəyən kimi, mənim arzumca; sənin arzunca, onun arzusuna görə.
◊ Rəy vermək, rəyə gəlmək – razılaşmaq.
Bir rəyə gəlmək – müəyyən bir fikrə, nəticəyə gəlmək; razılaşmaq, sazişə gəlmək.
RƏY nədir? – RƏY nedir? – RƏY sözünün mənası – RƏY sozunun menasi – RƏY nə deməkdir? – RƏY ne demekdir? – RƏY sözünün izahı – RƏY sozunun izahi – RƏY sözünün istifadəsi – RƏY sozunun istifadesi