QURU
1. Yaş olmayan, islanmamış. Quru paltar. Quru dəsmal.
// Qurudulmuş. Quru meyvə. Quru balıq.
// Qurumuş, ölgünləşmiş, həyat şirəsindən məhrum olmuş. Quru budaq.
// Şirəsiz. Quru yem.
2. Rütubətsiz, rütubəti çəkilmiş, nəm olmayan. Quru torpaq. Quru otaq. Quru taxta.
3. Qalıb bərkimiş, sərtləşmiş; köhnə, bayat. Quru bulka. Quru lavaş.
4. Susuz, suyu çəkilmiş. Quru çay. Quru bulaq. Quru arx.
5. Bitkisiz, çılpaq, yaşıllıqsız.
6. Yağmur yağmayan, isti, quraq; rütubətsiz, nəmişsiz. Quru iqlim. Quru hava.
7. Arıq, cılız, ətsiz-cansız, çox zəif. Quru bədən. Quru qollar.
8. Döşənməmiş, üstünə heç bir şey salınmamış; açıq, çılpaq. Quru yer. Quru döşəmə. Quru taxtanın üstündə oturma!
// Bomboş, içində heç bir şey olmayan, müxəlləfatsız.
9. Sadə, qatıqsız, yavan, yalxı. Quru yemək.
10. Maye ifrazatı olmayan. Quru öskürək (bəlğəmsiz öskürək).
11. məc. Boş, nəticəsiz, qeyri-ciddi, təsirsiz. Quru söz. Quru söhbət.
12. məc. Maraqsız, cansıxıcı, darıxdırıcı. Onun üslubu çox qurudur. Məqalə quru dildə yazılıbdır. Bəzi müəllimlər dərsi çox quru (z.) və maraqsız keçirlər.
13. məc. Soyuq, laqeyd, etinasız. Quru cavab.
14. məc. Açıq, əsassız. Quru böhtan.
15. “Yalnız”, “təkcə”, “ancaq” mənasında.
◊ Quru əl – boş əl, kasıb, yoxsul hal.
Quru yerdə qalmaq – var-yoxu əlindən çıxmaq, hər şeyindən məhrum olmaq, kasıblaşmaq.
Quru yerdə qoymaq – var-yoxunu əlindən almaq.
QURU nədir? – QURU nedir? – QURU sözünün mənası – QURU sozunun menasi – QURU nə deməkdir? – QURU ne demekdir? – QURU sözünün izahı – QURU sozunun izahi – QURU sözünün istifadəsi – QURU sozunun istifadesi