QURMAQ
1. Yaratmaq, təşkil etmək, meydana gətirmək. Yeni həyat, yeni məişət qurmaq.
2. Tikmək, bina etmək, təsis etmək, inşa etmək, qayırmaq. Sədd qurmaq. Zavod qurmaq. – İstehkamçı – mühəndis deməkdir.
3. Düzəltmək, tərtib etmək. Məclis qurmaq. Süfrə qurmaq. Tələ qurmaq. Yas qurmaq. İki cümləni qura bilmir.
4. Bir şeyin üzərində əsaslandırmaq, təşkil etmək. Planı real imkanlar əsasında qurmalı. İşləri yeni üsul ilə qurmaq.
5. Xəyalında yaratmaq. Cürbəcür fərziyyələr qurmaq. Xəyalında böyük-böyük planlar qurmaq.
6. Saat və s. mexanizmlərin yayını burmaq və işə salmaq. Saatı qurmaq. Patefonu qurmaq.
QURMAQ nədir? – QURMAQ nedir? – QURMAQ sözünün mənası – QURMAQ sozunun menasi – QURMAQ nə deməkdir? – QURMAQ ne demekdir? – QURMAQ sözünün izahı – QURMAQ sozunun izahi – QURMAQ sözünün istifadəsi – QURMAQ sozunun istifadesi