QURD₁
// məc. Təşbehlərdə.
◊ Qurd nağılı – vaxt keçirmək üçün danışılan aldadıcı sözlər.
Qurd ürəyi yemək – cəsarətli olmaq, qorxmamaq, ürəkli olmaq. …Bax, indi düşmənlə dalaşmaq vaxtı gəlib çatmışdır.
Qurd yağı – mövhumata inananların etiqadına görə, guya iki yaxın adamı və ya qohumu bir-birinə düşmən etmək, yaxud birbirindən ikrah etdirmək qüvvəsinə malik olan maddə (buna nail olmaq üçün bu maddəni onların paltarına sürtmək və ya onların evlərinin astanasında basdırmaq kifayət imiş).
Qurdla qiyamətə qalmaq zar. kin. – çox yaşamaq, ölməmək, həmişə yaşamaq (adətən inkar şəklində işlənir).
Qurdla quzu bir yerdə, yaxud qurd quzu ilə otlayır – çox sakitlikdir, dinclikdir, əminamanlıqdır.
Qoyun cildinə (dərisinə, donuna) girmiş qurd – öz pis niyyətlərini xeyirxahlıq pərdəsi altında gizlədən qəddar, riyakar adam haqqında.
Gözünün qurdu ölmək – bax göz.
Köhnə qurd – heç bir hiyləyə aldanmayan, uymayan, hiyləgər, təcrübəli, ayıq, zirək adam haqqında. O, köhnə qurddur, onu aldatmaq olmaz.
QURD₁ nədir? – QURD₁ nedir? – QURD₁ sözünün mənası – QURD₁ sozunun menasi – QURD₁ nə deməkdir? – QURD₁ ne demekdir? – QURD₁ sözünün izahı – QURD₁ sozunun izahi – QURD₁ sözünün istifadəsi – QURD₁ sozunun istifadesi