QULLUQ₁
1. Xidmət, iş, vəzifə. O, böyük qulluqdadır.
// İş yeri, iş. [Turab] qulluğa yorğun getdi. Qızarmış gözlərinin altı kölgəli idi.
□ Qulluq etmək – 1) xidmət etmək, bir idarədə və ya başqa yerdə işləmək, rəsmi vəzifədə olmaq.
Cavan vaxtlarımda mən İrəvanda naçalnik divanxanasında qulluq edirdim.
2) hərbi mükəlləfiyyəti yerinə yetirmək. Orduda qulluq etmək. Hərbi donanmada, aviasiyada qulluq etmək.
Qulluğa durmaq (girmək) – 1) xidmətə girmək, işə girmək.
2) baxmaq, xidmət etmək, qeydinə qalaraq kömək etmək. Xəstəyə qulluq etmək. Yaralıya qulluq etmək. O, qoca anasına yaxşı qulluq edir.
İskəndər səbir edib, yarım ilə qədər gözlədi.
// becərmək, baxmaq. Ağaclara qulluq etmək. Bağa yaxşı qulluq etmək;
3) məc. Bir şeyin xeyrinə, mənfəətinə işləmək, bir məqsədə xidmət etmək, uğrunda çalışmaq. Xalqa qulluq etmək. Vətənə qulluq etmək. İncəsənətə qulluq etmək. Elmə qulluq etmək.
Qulluğunda durmaq (olmaq) – xidmət etməyə hazır olmaq, əmrinə hazır olmaq.
2. Buyuruq, əmr, tapşırıq; xahiş, iş. Mənə aid qulluğunuz? – [Məstan bəy:] Qulluğunuz nədir? – deyə [Nadirdən] sordu.
3. köhn. Hüzur.
□ Qulluğuna gətirmək (çağırmaq) köhn. – böyük bir adamın qabağına, hüzuruna, yanına gətirtmək (çağırtmaq).
QULLUQ₁ nədir? – QULLUQ₁ nedir? – QULLUQ₁ sözünün mənası – QULLUQ₁ sozunun menasi – QULLUQ₁ nə deməkdir? – QULLUQ₁ ne demekdir? – QULLUQ₁ sözünün izahı – QULLUQ₁ sozunun izahi – QULLUQ₁ sözünün istifadəsi – QULLUQ₁ sozunun istifadesi