QOYULMAQ
1. Bir yerə yerləşdirilmək; düzülmək. Kitabların hamısı şkafa qoyuldu.
2. Əmanət verilmək, saxlanmaq üçün verilmək. Pullar əmanət kassasına qoyulmuşdur.
3. İcazə verilmək, müsaidə edilmək, rüsxət verilmək, imkan verilmək, buraxılmaq. Heç kəs içəri qoyulmur. Zala adam qoyulmur.
4. Oxumaq, işləmək və s. üçün bir yerə göndərilmək, verilmək, düzəldilmək. Uşaqların üçü də məktəbə qoyulmuşdur.
5. Saxlanmaq, təxirə salınmaq, ləngidilmək, keçirilmək. İclas sabaha qoyulmuşdur.
6. Tapşırılmaq, həvalə edilmək. Üzərimizə çox məsul vəzifələr qoyulmuşdur. Siyahını tutmaq onun öhdəsinə qoyulmuşdur.
7. Yüklənmək, vurulmaq. Arabalara ağır yük qoyulmuşdur.
8. Təsis edilmək, tikilmək, qurulmaq. Dənizin içində çoxlu buruq qoyulmuşdur. Dünən klub binasının özülü qoyuldu.
9. Geyilmək, keçirilmək. Başa papaq qoyulmaq.
10. Sərf edilmək, işlənmək. Bu işə çoxlu zəhmət qoyulmuşdur.
11. Bir şeyin üstünə, yaxud arasına yerləşdirilmək, salınmaq, döşənmək. Kompres qoyulmaq. Quyunun ağzına böyük bir daş qoyulmuşdur.
12. Təyin edilmək. Məsul işə qoyulmaq. Növbətçi qoyulmaq.
13. Həll edilmək, yerinə yetirilmək, yaxud müzakirə üçün irəli sürülmək, təklif edilmək. Məsələ ciddi qoyulmuşdur.
14. Yazılmaq, işarə edilmək. Durğu işarələri düzgün qoyulmamışdır.
15. Düzəldilmək, təşkil edilmək, tərtib edilmək. Bu gecə səhnədə hansı pyes qoyulacaqdır? Təcrübə qoyulmaq.
16. Müəyyən edilmək, qərarlaşdırılmaq, lap ibtidadan verilmək.
17. Saxlanılmaq. Axşama heç bir şey qoyulmayıbdır.
QOYULMAQ nədir? – QOYULMAQ nedir? – QOYULMAQ sözünün mənası – QOYULMAQ sozunun menasi – QOYULMAQ nə deməkdir? – QOYULMAQ ne demekdir? – QOYULMAQ sözünün izahı – QOYULMAQ sozunun izahi – QOYULMAQ sözünün istifadəsi – QOYULMAQ sozunun istifadesi