QOŞMAQ₁
1. Arabanı və s.-ni çəkib aparmaq üçün atı və başqa qoşqu heyvanlarını xüsusi surətdə arabaya və s.-yə bağlamaq. Öküzləri kotana qoşmaq. Arabaya dörd at qoşdular. Şimalda kirşəyə it və ya maral qoşurlar.
2. İlişdirmək, bənd etmək, bağlamaq. Qatara əlavə vaqon qoşmaq. Vaqonları parovoza qoşmaq. Kotanı traktora qoşmaq.
3. Birləşdirmək, qatmaq.
4. Cəlb etmək, bir işin iştirakçısı etmək.
5. Birgə, bərabər göndərmək, yanınca göndərmək, yoldaş etmək.
6. Düzəltmək, təlif etmək, demək. Mahnı qoşmaq. Dastan qoşmaq. – [Hacı Rəsul:] Deyəsən bu sözləri lap mənə qoşublar.
QOŞMAQ₁ nədir? – QOŞMAQ₁ nedir? – QOŞMAQ₁ sözünün mənası – QOŞMAQ₁ sozunun menasi – QOŞMAQ₁ nə deməkdir? – QOŞMAQ₁ ne demekdir? – QOŞMAQ₁ sözünün izahı – QOŞMAQ₁ sozunun izahi – QOŞMAQ₁ sözünün istifadəsi – QOŞMAQ₁ sozunun istifadesi