QOPARMAQ
1. Dartaraq və ya çəkərək bir şeyin bir hissəsini ayırmaq, kəsmək, üzmək, qırmaq. Bloknotdan bir vərəq qoparıb yazdım. Ağacın budağını qoparmaq.
// Bütöv bir şeyi başqa bir şeylə vurmaqla və ya dartmaqla onun bir parçasını, bir hissəsini ayırmaq, sındırmaq, aralamaq. Qənddən bir tikə qopar. Toyuğun budunu qoparıb yedi. Çaynikin lüləyini qopardı.
2. Yapışmış şeyi yapışdığı yerdən dartıb ayırmaq, çəkib ayırmaq, aralamaq. Divarın kağızını, suvağını qoparmaq. Yaranın qartmağını qoparmaq. Dırnağını qoparmaq.
// Kökündən çıxartmaq, yerindən oynatmaq. Külək ağacı yerindən qopardı.
// Dartıb çıxarmaq.
3. məc. Ayırmaq.
4. Birindən bir şeyi zorla, yaxud hiylə ilə almaq, ələ keçirmək, əldə etmək. O, deyəsən, yenə bir şey qoparmaq istəyir.
5. Mübarizə, inadla çalışmaq, əlləşmək, yaxud təhdid, icbar nəticəsində əldə etmək.
6. Bir sıra isimlərə qoşularaq, qaldırmaq, etmək, salmaq, yaxud ismin göstərdiyi hərəkətə, işə başlamaq mənasını ifadə edir; məs.: fəryad qoparmaq, gurultu qoparmaq, vəlvələ qoparmaq, haray qoparmaq.
QOPARMAQ nədir? – QOPARMAQ nedir? – QOPARMAQ sözünün mənası – QOPARMAQ sozunun menasi – QOPARMAQ nə deməkdir? – QOPARMAQ ne demekdir? – QOPARMAQ sözünün izahı – QOPARMAQ sozunun izahi – QOPARMAQ sözünün istifadəsi – QOPARMAQ sozunun istifadesi